Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin təqdim etdiyi layihələrin maliyyələşməsinə 1 200 000 manat ayırıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin təqdim etdiyi layihələrin maliyyələşməsinə 1 200 000 manat ayırıb
# 14 avqust 2008 11:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci il üçün QHT-lərə maliyyə yardımı müsabiqəsinə yekun vurub. APA-nın məlumatına görə, müsabiqəyə yekun vurulması ilə bağlı keçirilən tədbirdə çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu ilin iyun ayının 12-dən 15 prioritet istiqamət üzrə elan olunmuş müsabiqəyə 367 layihənin təqdim edildiyini deyib: “Bunlardan 290 layihə Bakı şəhəri, 71 layihə isə region QHT-ləri tərəfindən daxil olub. QHT-lərə maliyyə yardımı müsabiqəsinin ümumi fondu 1 200 000 manat nəzərdə tutulub”.

A. Quliyev deyib ki, aparılan ilkin seleksiya nəticəsində 24 təşkilatın layihəsi Şuranın qəbul etdiyi qaydalara uyğun olmadığına görə ekspertizadan kənarlaşdırılıb: “337 QHT-nin layihəsi isə ekspertizaya təqdim olunub. Ekspertizaya təqdim olunan layihələrin hər biri ayrı-ayrılıqda 3 ekspert tərəfindən qiymətləndirilib. Nəticədə 191 layihənin maliyyələşməsi barədə qərar qəbul edilib”.

Tədbirdə çıxış edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda QHT-lərin inkişafında üç mərhələnin olduğunu deyib. Onun sözlərinə görə, əvvəllər QHT-lərlə dövlət biri-birinə rəqib kimi yanaşıb, sonra bu qarşılıqlı şübhəyə çevrilib, hazırda isə cəmiyyətin inkişafında hər iki tərəfin tərəfdaşlığı başlayıb: “Vaxtilə bəzi QHT-lər özünü Papadan artıq katolik kimi aparırdı. Lakin bu gün ayrılan vəsait də QHT-lərə hədiyyə kimi qəbul edilməməli, cəmiyyətin inkişafına sərf olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR