Bank Of Baku

Azərbaycanda daha iki nəfər prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycanda daha iki nəfər prezidentliyə namizədliyini irəli sürüb
# 14 avqust 2008 14:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda daha iki nəfər prezidentliyə namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Mədəniyyət” qəzetinin məsləhətçisi Teymur Quliyev və “Ekspertiza” qəzetinin baş redaktoru Süleyman Quliyev namizədliklərinin təsdiq olunması üçün bu gün MSK-ya müraciət ediblər. Qanuna müvafiq olaraq 5 gün müddətində adıçəkilən şəxslərin müraciətinə baxılıb cavab veriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslərdən başqa 12 nəfər öz namizədliyini irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR