Bank Of Baku

Bir qrup QHT seçkilərlə əlaqədar koalisiya yaradıb

Bir qrup QHT seçkilərlə əlaqədar koalisiya yaradıb
# 15 avqust 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün bir qrup qeyri-hökumət təşkilatının təşəbbüsü ilə oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar “Azad, Şəffaf, Ədalətli Seçkilər” Koalisiyası yaradılıb. APA-nın məlumatına görə, koalisiyaya “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, “İntellekt” Araşdırmalar Mərkəzi, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi, Azərbaycanda Regional İnkişaf Mərkəzi və Demokratik Seçki Mərkəzi daxildir. Koalisiyanın yaradılması ilə əlaqədar keçirilən mətbuat konfransında “İntellekt” Araşdırmalar Mərkəzinin rəhbəri Salman Vilayətoğlu bildirib ki, QHT-lərin bir araya gəlməsində məqsəd prezident seçkilərində təbliğat-təşviqat işi apararaq seçicilərin fəallığını təmin etmək, beynəlxalq ictimai rəydə pərakəndəliyi aradan qaldırmaq və həmçinin, seçki məntəqələrində müşahidə və “exit-poll”un keçirilməsidir. S. Vilayətoğlu seçkilər zamanı seçki məntəqələrinin ən azı 70 faizində müşahidə aparacaqlarını qeyd edib. O, koalisiyada təmsil olunan QHT-lərin seçkilərdən sonra da əməkdaşlığı davam etdirəcəyinin nəzərdə tutulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR