Bank Of Baku

Əli Kərimli müxalifət blokunun yaradılmasına dair danışıqlara başlayacaq

Əli Kərimli müxalifət blokunun yaradılmasına dair danışıqlara başlayacaq
# 15 avqust 2008 11:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli seçkiöncəsi müxalifətin birliyinin yaranması məqsədi ilə bu gündən digər müxalifət partiyaları ilə danışıqlara başlayacaq. Bu barədə APA-ya AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, partiyanın Rəyasət Heyətinin son toplantısında seçkiləri boykot edən müxalifət təşkilatlarının birliyinin yaradılması üçün danışıqlar aparmaq səlahiyyəti Əli Kərimliyə verilib: “Biz bu seçkilərdə iştirak etməyən istənilən siyasi qüvvə ilə əməkdaşlığa hazırıq və bunda maraqlıyıq. Güman edirik ki, seçkiləri boykot edən təşkilatlar belə birliyin yaranmasına hər hansı maneə törətməyəcəklər”. H. Kərimov danışıqlarda “Azadlıq” blokuna daxil olan partiyalarla bərabər Müsavat, ADP və digər boykotçu partiyaların da iştirakının nəzərdə tutulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR