Bank Of Baku

Müsavat Partiyası bundan sonrakı aksiyaları digər müxalifət partiyaları ilə birgə təşkil etmək istəyir

Müsavat Partiyası bundan sonrakı aksiyaları digər müxalifət partiyaları ilə birgə təşkil etmək istəyir
# 15 avqust 2008 13:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası növbəti kütləvi aksiya ilə bağlı gələn həftə qərar verəcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, Gürcüstanda baş verən hadisələrlə bağlı bu həftə Rusiyanın Bakıdakı səfirliyi qarşısında piket keçirildiyindən partiya başqa aksiya təyin etməyib. A. Hacılı, həmçinin bundan sonrakı aksiyaların digər müxalifət partiyaları ilə birgə təşkil edilməsində maraqlı olduqlarını qeyd edib: “Seçki prosesi dövründə müxalifət partiyalarının ümum funksional əməkdaşlığına nail olunması məsələsi həll olunarsa, birgə aksiya da keçirilə bilər. Müxalifətin əməkdaşlığına nail olmaq üçün müxtəlif təşkilatlarında təşəbbüslər səslənib və düşünürəm ki, yaxın vaxtda müzakirələr başlaya və əməkdaşlıq mərkəzi yarana bilər. Əməkdaşlıq mərkəzi yaranacaqsa, seçki kampaniyası zamanı müxalifət partiyalarının birgə aksiyaları da baş tutacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR