Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
# 16 avqust 2008 07:26 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri avqustun 15-də saat 15.10-dan 15.15-dək Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 10.45-dən 10.50-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19.40-dan 19.55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.55-dən 23.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.00-dan avqustun 16-da saat 01.25-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 05.10-dan 05.30-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR