Bank Of Baku

MSK İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyini qeydə alıb

MSK İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyini qeydə alıb
# 16 avqust 2008 12:48 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasın gündəliyinə prezidentliyə namizədin qeydə alınması, prezidentliyə namizədin təsdiq olunması, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin qeydə alınması, bəzi Dairə Seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi, normativ xarakterli aktlara dəyişiklik edilməsi məsələləri daxil edilib.

İclasın əvvəlində MSK üzvləri İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələsini müzakirə ediblər. Bildirilib ki, İ. Əliyevin namizədliyini müdafiə edən 46750 nəfərin imzası MSK-ya təqdim olunub. Bu imzalar 124 seçki dairəsinin ərazisində toplanıb. Yoxlamalar nəticəsində 46253 imza etibarlı, 497 imza isə etibarsız sayılıb. Müzakirələrdən sonra MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alınıb.

Daha sonra iclasda namizədliyi özü tərəfindən irəli sürülmüş Qulamhüseyn Əlibəylinin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb. MSK məsələyə müsbəti müsbət olub. İclasda həmçinin gündəlikdə duran digər məsələlər ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR