Bank Of Baku

Azərbaycan prezidenti kommunal təyinatlı yeni texnika və avadanlıqla tanış olub

Azərbaycan prezidenti kommunal təyinatlı yeni texnika və avadanlıqla tanış olub
# 18 avqust 2008 10:41 (UTC +04:00)
Bakı – APA. Bakının Azadlıq meydanında mənzil-kommunal təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə respublikaya gətirilmiş kommunal təyinatlı yeni texnikalar nümayiş etdirilib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı İlham Əliyev müasir tələblərə cavab verən kommunal təyinatlı avtomobillərlə, onların texniki xüsusiyyətləri və istifadə qaydaları ilə tanış olub.

Prezident müvafiq tövsiyə və tapşırıqlar verərək bildirib ki, görünüşü ilə də seçilən yeni texnikalar xarici müasir standartlara cavab verir. “Bu tədbirlər gələcəkdə də davam etdirilməli, Azərbaycanda, o cümlədən Bakıda görülən hər bir iş dünya səviyyəsində olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR