Bank Of Baku

MDB müşahidə missiyası Azərbaycanda prezident seçkilərini izləyəcək

MDB müşahidə missiyası Azərbaycanda prezident seçkilərini izləyəcək
# 18 avqust 2008 12:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə APA-ya Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl MSK-nın MDB Parlament Assambleyasına göndərdiyi dəvətə cavab verilib və MDB rəsmiləri seçkiləri müşahidə edəcəklərini bildiriblər. R. Qasımov yaxın günlərdə müşahidə missiyasının üzvlərinin sayının və rəhbərliyinin məlum olacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR