Bank Of Baku

Əli Orucov: “AMİP müxalifətin geniş koalisiyasının yaranacağına inanmır”

Əli Orucov: “AMİP müxalifətin geniş koalisiyasının yaranacağına inanmır”
# 18 avqust 2008 12:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) prezident seçkiləri öncəsi müxalifətin geniş koalisiyasının yaranacağına inanmır. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya açıqlamasında bildirib ki, hazırda müxalifət pərakəndə vəziyyətdədir və partiya liderləri arasında münasibətlər normal deyil. Müxalifət partiyalarının mövqelərində fərqliliklərin olduğunu deyən Ə. Orucovun fikrincə, birlik seçkilərə start verilənə kimi yaranmalı idi: “Bu zaman uğur ola bilərdi. İndiki birlik təklifinin məqsədi bilinmir. Partiya olaraq bizim koalisiya təklifini irəli sürən partiyalarla mövqe fərqimiz var. Hətta biz seçkilərdən xeyli öncə beynəlxalq forum keçirib müxalifətin birlik təklifini irəli sürdük. Amma heç kim bu təklifə dəstək vermədi. Vaxtilə birliyin əleyhinə olanlar indi birlikdən dəm vururlar. Görünür, onların başqa məqsədləri var. Biz isə kimlərinsə məqsədlərinin həyata keçirilməsində vasitəçi ola bilmərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR