Bank Of Baku

Yurddaş Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək

Yurddaş Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək
# 18 avqust 2008 12:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yurddaş Partiyası oktyabrın 15-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Partiyanın sədri Mais Səfərlinin APA-ya verdiyi məlumata görə, ötən gün partiyanın keçirdiyi qurultayda bu barədə qərar qəbul olunub. M. Səfərli qurultayda yalnız seçkilər məsələsinin müzakirə edildiyini deyib: “Biz 2006-cı ilin dekabrında qərar qəbul etdik ki, seçkilərdə ən şanslı namizədi dəstəkləyək. Həmin vaxtdan bu günə qədər biz bütün bölgələri əhatə edən 22 sorğu keçirdik. Bu sorğularda iştirak edən 50 minə qədər respondent İlham Əliyevi prezident görmək istədiklərini bildirdilər. Ona görə də biz İlham Əliyevin namizədliyinin dəstəkləmək qərarı verdik”. M. Səfərli bildirib ki, yaxın günlərdə Yurddaş Partiyası seçki qərargahı yaradaraq İlham Əliyevin təbliğat kampaniyasında iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR