Bank Of Baku

MSK-da şikayətləri araşdırmaq üçün ekspertiza qrupu yaradılıb

MSK-da şikayətləri araşdırmaq üçün ekspertiza qrupu yaradılıb
# 18 avqust 2008 14:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan şikayətləri araşdırmaq üçün qurumun ekspertiza qrupu yaradılıb. APA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 9 nəfərlik qrupun yaradılması barədə qərar qəbul edilib. Qrupun vəzifəsi seçkilər zamanı daxil olan şikayətləri keyfiyyətli araşdırmaq, qısa vaxtda nəticə əldə etməkdir. MSK-nın katibi Natiq Məmmədov bildirib ki, qrupa 9 nəfər MSK üzvü – Ramiz İbrahimov, Qabil Orucov, Nizami Nadirov, Validə Kazımova, Tofiq Həsənov, Rövşən İsmayılov, MSK-ın şöbə müdiri İradə Hacıyeva, katibliyin əməkdaşları Rafiq Abbasov və Emin Quliyev daxildir. DSK-larda isə 3 nəfərdən ibarət ekspertiza qrupunun yaradılması qərara alınıb. İclasda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə partiyanın MSK-da məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib. Həmçinin, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş “Mədəniyyət” qəzetinin məsləhətçisi Teymur Quliyev və “Ekspertiza” qəzetinin Süleyman Quliyevin namizədlikləri təsdiqlənib. Toplantıda həmçinin bəzi seçki dairələrinin tərkibində dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR