Bank Of Baku

BAXCP Azərbaycan hökumətini Əbubəkr məscidində baş verən partlayışı hərtərəfli araşdırmağa çağırıb

BAXCP Azərbaycan hökumətini Əbubəkr məscidində baş verən partlayışı hərtərəfli araşdırmağa çağırıb
# 18 avqust 2008 14:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda müzakirəyə çıxarılan ilk məsələ BAXCP tərəfindən prezidentliyə namizədliyi irəli sürülən partiya sədri Qüdrət Həsənquliyevin namizədliyinin müdafiəsi ilə bağlı seçici imzalarının toplanması ilə bağlı olub. Yığıncaqda bildirilib ki, prezidentliyə namizədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması ilə bağlı kampaniya başa çatmaq üzrədir. İmzalar yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Toplantıda Əbubəkr məscidində baş verən partlayış da müzakirə predmeti olub. İdarə Heyətinin üzvləri bölgədə gərginliyin artdığı bir dönəmdə Azərbaycanın paytaxtında həyata keçirilən təxribatdan narahatlıqlarını bildiriblər və bununla bağlı bəyanat qəbul edilib. Partiya Azərbaycan hökumətini baş verən hadisənin hərtərəfli araşdırılması, cinayətkarın və təhrikçi qüvvələrin tez bir zamanda ifşa olunmaları üçün təxirəsalınmaz addımlar atmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR