Bank Of Baku

Müsavat Divanı seçkilər öncəsi koalisiyanın yaradılması ideyasını müzakirə edib

Müsavat Divanı seçkilər öncəsi koalisiyanın yaradılması ideyasını müzakirə edib
# 18 avqust 2008 15:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyasının Divanının bu gün keçirilən iclasında müxalifət partiyalarının prezident seçkiləri öncəsi koalisiyasının yaradılması məsələsi bir daha müzakirə edilib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, Divan üzvləri koalisiyanın yaradılması ideyasına müsbət yanaşıblar. A. Hacılı qeyd edib ki, müxalifətin birliyinin yaradılması məqsədi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Mustafayevlə görüş keçirib və bu məsələ ilə bağlı müzakirələr aparılıb: “Müxalifətin əməkdaşlığı məsələsi həmişə aktual olub və bu, Azərbaycanda demokratiyanın inkişafına xidmət edər. İndiki şəraitdə bütün müxalifət partiyalarının seçki məsələsinə münasibətinin eyni olması əməkdaşlıq imkanlarını genişləndirir. Düşünürəm ki, yaxın həftələrdə müxalifətin əməkdaşlıq mərkəzinin yaradılması kifayət qədər realdır”. A. Hacılı ad çəkməsə də, artıq bir sıra partiyalarla ilkin müzakirələrin aparıldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR