Bank Of Baku

Müsavat və ADP “Əbu Bəkr” məscidində baş verən qanlı hadisəni pisləyiblər

Müsavat və ADP “Əbu Bəkr” məscidində baş verən qanlı hadisəni pisləyiblər
# 18 avqust 2008 15:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Əbu Bəkr” məscidində baş verən insidentlə bağlı bu gün Müsavat və ADP ayrı-ayrılıqda bəyanatla çıxış ediblər. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda “Əbu Bəkr məscidində ibadət edən dindarlara qarşı törədilən terror aktı dözümsüzlüyün nəticəsi kimi qiymətləndirilib və bu aksiya pislənib: “ADP ayrı-ayrı təriqətlərə inanan dindarları dözümlü olmağa, təxribatlara uymamağa, islamın uca adına xələl gətirən hərəkətlərə yol verməməyə çağırır”. Partiya bu cür hadisələrin baş verməməsi üçün ölkədə demokratiyanın inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.

Müsavat Partiyası isə Cənubi Qafqazda xaos yaratmaq istəyən qüvvələrin Azərbaycanda da fəaliyyətə keçdiklərini bildirib. Partiyanın yaydığı bəyanatda bildirilir ki, bu hadisəni törədənlərin məqsədi ölkədaxili gərginliyi artırmaq, imkan olarsa dini və məzhəb zəminində toqquşmalar yaratmaqdır: “Müsavat Partiyası bu məsələlərdə şimal qonşumuzun dəsti-xəttinin olmasını mümkün ehtimallar sırasına daxil edir, hakimiyyət orqanlarından getdikcə artmaqda olan bu cür təmayüllərə qarşı mübarizə aparmağı, terrorçuları və cinayətkarların tapılıb cəzalandırılmasını tələb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR