Bank Of Baku

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatı və mülki işçilərinin aylıq əmək haqları artırılıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatı və mülki işçilərinin aylıq əmək haqları artırılıb
# 19 avqust 2008 07:02 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, DSX-nın hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50%, mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25%, DSX-nın hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği isə 2 dəfə artırılıb.

Sərəncam 2008-ci il sentyabr ayının 1-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR