Bank Of Baku

ACP müxalifət partiyalarının koalisiyasında təmsil olunacaq

ACP müxalifət partiyalarının koalisiyasında təmsil olunacaq
# 19 avqust 2008 09:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müxalifət partiyalarının koalisiyası yaranacağı halda, eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) da bu ittifaqda təmsil olunacaq. Partiya liderinin müşaviri Yaqub Abbasovun APA-ya verdiyi məlumata görə, əslində, müxalifətin belə birliyi çoxdan yaranmalı idi. Bu istiqamətdə ötən il dəfələrlə cəhdlər etdiklərini bildirən müşavir bu cəhdlərinin uğursuz alındığını qeyd edib: “Bu gün isə partiyalar anlayıb ki, koalisiyanın yaradılması sosial sifarişdir. Belə bir format olsa, biz də prosesdə fəal iştirak edəcəyik”.

Koalisiyanın yaradılmasının prezident seçkiləri üçün çox gec olduğunu qeyd edən Y. Abbasov bunun yalnız müxalifəti durğunluqdan çıxarmaq baxımından əhəmiyyətli olacağını düşünür: “Digər tərəfdən, ola bilsin ki, 2010-cu il parlament seçkiləri ilə bağlı müxalifətin təmərküzləşməsi istiqamətində bu, uğurlu bir gediş olar”.

Bir müddət əvvəl ACP rəhbərlərinin müxalifət partiyalarına qarşı ittihamlar səsləndirməsinə gəldikdə isə Y. Abbasov hesab edir ki, bu, problem yaratmamalıdır: “O zaman biz çalışırdıq ki, digər partiyaları birgə mübarizə üsullarının seçilməsinin daha effektli olduğuna inandıraq. Bu gün isə bir yerdə olmaq tələb olunur. Dünən deyilənlər dünəndə qalıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR