Bank Of Baku

Milli QHT Forumu Rusiya-Gürcüstan münaqişəsinin həllində region QHT-lərini əməkdaşlığa çağırıb

Milli QHT Forumu Rusiya-Gürcüstan münaqişəsinin həllində region QHT-lərini əməkdaşlığa çağırıb
# 19 avqust 2008 13:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Gürcüstan-Rusiya münaqişəsi ilə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Zeyni bildirib ki, forum Gürcüstanda baş verənlərdən narahatdır və münaqişənin həllində vasitəçiliklə etmək üçün region QHT-lərini əməkdaşlığa çağırır. R. Zeyni deyib ki, Ermənistan istisna olunmaqla regionun digər ölkələrinin QHT-ləri ilə bu məsələdə əməkdaşlığa hazırdırlar. Onun sözlərinə görə, forumun İdarə Heyəti qurumun mövqeyini əks etdirən bəyanat da verib: “Gürcü-osetin münaqişəsi ilə əlaqədar olaraq Gürcüstan ərazilərinə Rusiya qoşunlarının yeridilməsi insan tələfatı ilə nəticələndi, eyni zamanda millətlərarası münasibətləri və geosiyasi tarazlığı xeyli gərginləşdirdi. Biz münaqişə tərəflərini sülhə çağırırıq. Forum hadisələrin mahiyyətini və region ölkələri üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, bölgədə fəaliyyət göstərən bütün QHT-ləri Gürcüstandakı gərginliyin aradan qaldırılmasında əməkdaşlığa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR