Bank Of Baku

Müşaviri Rəsul Quliyevin Azərbaycana qayıtmasına razılıq verilməsi barədə məlumatları əsassız sayır

Müşaviri Rəsul Quliyevin Azərbaycana qayıtmasına razılıq verilməsi barədə məlumatları əsassız sayır
# 02 mart 2009 15:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Rəsul Quliyevin Azərbaycana qayıtmasına hakimiyyətin razılıq verməsi barədə yayılan məlumatların əsası yoxdur. Bu vaxta qədər mətbuat vasitəsilə ildə üç-dörd dəfə Rəsul Quliyevi Azərbaycana gətirib qaytarıblar”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) ABŞ-da mühacirətdə olan lideri, eks-spiker Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva deyib. Z. Dünyamalıyevanın sözlərinə görə, nə o, nə də təmsil etdiyi partiya hakimiyyətlə hər hansı danışığa getməyib: “Rəsul Quliyevin həyat yoldaşı isə artıq ikinci dəfə idi ki, Azərbaycana gəlirdi. Amma o da kiminləsə danışıqlar aparmayıb. Rəsul Quliyevin həyat yoldaşının Azərbaycana gəlməsini əsas götürüb, belə fikirlər səsləndirmək doğru deyil”.

Bununla belə, Z. Dünyamalıyeva R. Quliyevin nə zamansa Azərbaycana qayıda biləcəyinə inandığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR