Bank Of Baku

Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq

Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov

© APA | Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov

# 16 iyul 2026 13:54 (UTC +04:00)

Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskini sərt tənqid edib.

“UNIAN”nın xəbərinə görə, Fyodorov bildirib ki, Prezident Volodimir Zelenskinin Sırskini vəzifəsində saxlamaq qərarından sonra onunla əməkdaşlığı davam etdirməyə razılaşsa da, sonradan Müdafiə Nazirliyinin təşəbbüslərinə ciddi müqavimətlə üzləşib.

"Sırski bütün problemlər barədə açıq danışmağa hazır deyil. O, görüşlərə getməyə, intriqalar qurmağa və kiminsə ona qarşı mediada kampaniya apardığını düşünməyə hazırdır", – sabiq nazir bildirib.

Fedorov Baş komandan Aleksandr Sırskinin və Baş Qərargah rəisinin dəyişdirilməsinin vacibliyini də vurğulayıb.

"Əks halda qələbə qazanmaq, eləcə də bütün cinayətlərin və korrupsiya sxemlərinin qarşısını almaq mümkün olmayacaq", – o qeyd edib.

Sabiq nazir əlavə edib ki, hökumətdən ayrıldıqdan sonra Prezident Volodimir Zelenski ona prezidentin müşaviri vəzifəsini təklif edib. Lakin Fedorov bu təklifdən imtina etdiyini bildirib.

Fedorov əlavə edib ki, bu gün Prezidentlə telefon danışığı aparıb. Yaxın vaxtlarda onların daha bir görüşünün keçirilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR