Bank Of Baku

DİU Sədrlər Şurası referendumun boykot edilməsi haqqında qərar qəbul edib

DİU Sədrlər Şurası referendumun boykot edilməsi haqqında qərar qəbul edib
# 02 mart 2009 15:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaq (DUİ) martın 18-də keçiriləcək referendumun boykot olunması barədə qərar qəbul edib. Bu barədə APA-ya qurumda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidmətindən məlumat daxil olub. DUİ Sədrlər Şurasının bu gün keçirilən iclasında referendum öncəsi yaradılmış «Azərbaycan Xalq Cümhuriyyəti» Təşəbbüs qrupunun Təşviqat qrupu kimi qeydə alınmamasından sonrakı ictimai-siyasi vəziyyət müzakirə edilib və referendumun boykot edilməsi ən doğru yol hesab olunub. DUİ rəhbərliyi seçiciləri də boykota çağırıb.

Toplantıda həmçinin, Novruz Bayramı ilə bağlı ölkə prezidentinə və Milli Məclisə müraciət qəbul edilib. Müraciətdə bayram ərəfəsində amnistiya aktının qəbul olunması, siyasi məhbusların və jurnalistlərin əfvi xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR