Bank Of Baku

Azərbaycan prezidenti Mingəçevirdədir

Azərbaycan prezidenti Mingəçevirdədir
# 03 mart 2009 10:28 (UTC +04:00)
Mingəçevir - APA. Azərbaycan prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində martın 3-də Mingəçevir şəhərinə səfər edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Sonra Heydər Əliyev muzeyinin açılışı keçirilib. Dövlət başçısı muzeyin açılışını bildirən lenti kəsib, muzeylə yaxından tanış olub.

Muzeylə tanışlıqdan sonra prezident İ. Əliyev xatirə kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı muzeyin qarşısında şəhər ictimaiyyətinin nümayəndələri ilə söhbət edib. Azərbaycanın digər bölgələri kimi, Mingəçevirin də sürətlə inkişaf etdiyini bildirən prezident bu istiqamətdə işlərin davam etdiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR