Azərbaycan prezidentinin Mingəçevirə səfəri başa çatıb
Hazırda müəssisədə 62 nəfər işləyir. Orta aylıq əmək haqqı 230 manatdır. Azərbaycanda bu qəbildən olan ilk müəssisədə quraşdırılmış avadanlıq Almaniya və İsrail şirkətlərindən alınıb. İstehsal edilən kompüterlərə 3 il zəmanət verilir. Bu müddətdə kompüterlərə həm stasionar, həm də səyyar servis xidmətləri göstərilir.
Prezident İ. Əliyev müəssisənin istehsal etdiyi məhsulların sərgisinə də baxıb. Bildirilib ki, hazırda yeni kompüterlər - Multi PC, Mini PC, Multimedia GS istehsal edilir. Bu yaxınlarda fotoköşklərin istehsalına da başlanıb. Bu avadanlıq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq müştəri 10x15 sm ölçüdə fotoşəkli tez bir zamanda və kənar müdaxilə olmadan çap etdirə bilər. Avadanlığın hissələri Yaponiya şirkətlərinin istehsalıdır. Bu cür köşklər ilk olaraq Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində qoyulub. İnternet xarakterli köşklər də bu zavodda istehsal olunur. İnsanlar müəyyən yerlərdə quraşdırılan bu köşklərdən pulsuz internetdən istifadə edərək, lazımi informasiya ala bilərlər. Köşkdə xüsusi proqramın köməyi ilə kommunal xidmətlərə görə borcların ödənilməsini həyata keçirmək, avtobus və təyyarə reyslərinin cədvəlini öyrənmək, dövlət orqanlarının internet səhifəsindən istifadə etmək olar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan köşklərə daxil olmaqla isə paytaxtda və regionlarda vakant iş yerlərinin siyahısı ilə tanış olmaq mümkündür. Müəssisənin Bakıda və Gəncədə ticarət agentləri fəaliyyət göstərir.
Dövlət başçısına səyyar mobil texniki xidmət maşını haqqında da məlumat verilib.
Prezident İ. Əliyev “Mingəçevir İZOLİT” ASC və “İnterenerji” MMC-də də olub, “River side” mehmanxanasının açılışında iştirak edib.
Mingəçevirdə “Kür” Olimpiya tədris-idman mərkəzinin tikintisi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, burada Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılacaq. Tikinti işlərinə 2007-ci ildə başlanılıb. Tikintidə 240 nəfər çalışır, onlardan 120-si Serbiyadan gəlib. Layihəyə əsasən, burada inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan 6 mərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, qüllə, tennis kortu, qayıqların saxlanması üçün ellinq daxildir. Mərkəzin ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla da, Azərbaycan prezidentinin Mingəçevirə səfəri başa çatıb.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Bakıda açıq ərazidə yanğın başlayıb
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB-1
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY
Bakının normallaşma addımları fonunda Rusiyada Azərbaycan əleyhinə yeni informasiya kampaniyası: Məqsəd nədir? - TƏHLİL
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilir
İran Küveytə dron hücumu edib
Quba sakinini cərəyan vuraraq öldürüb
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin "Eternity-2026" təlimi keçiriləcək
DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Qubada iynədən şoka düşən hamilə əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-1
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - sürətli, birbaşa, komissiyasız
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR