Bank Of Baku

Azərbaycan və Türkiyə millət vəkillərinin birgə konfransı planlaşdırılır

Azərbaycan və Türkiyə millət vəkillərinin birgə konfransı planlaşdırılır
# 03 mart 2009 14:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyaların millət vəkillərinin bir qrupunu Bakıya dəvət edəcək. Bu barədə APA-ya Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı məlumat verib. Onun sözlərinə görə, son vaxtlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasına doğru atılan addımlar narahatlıq yaradır və yaranmış vəziyyəti aydınlaşdırmağa ehtiyac var. F. Ağamalı bildirib ki, Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına xələl gətirə biləcək məqamlarla bağlı müzakirələr aparıb və türkiyəli millət vəkilləri ilə birgə konfransın keçirilməsi barədə qərar qəbul ediblər: “Son vaxtlar gəldiyimiz qənaət bundan ibarətdir ki, Türkiyə Ermənistanla sərhədlərin açılması yönündə intensiv danışıqlar aparır, addımlar atır və əlbəttə bu da Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Çünki Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanın Türkiyə ilə münasibətlərinin yaxşılaşması problemin həllinə mənfi təsir göstərəcək”. F. Ağamalı konfransı Ana Vətən, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyalarının təşkil edəcəyini söyləyib. Konfransın vaxtı ilə bağlı son qərar martın 6-da qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR