Bank Of Baku

AMİP Dağlıq Qarabağ problemi ilə bağlı iqtidar-müxalifət dialoqunun keçirilməsini təklif edir

AMİP Dağlıq Qarabağ problemi ilə bağlı iqtidar-müxalifət dialoqunun keçirilməsini təklif edir
# 04 mart 2009 09:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Dağlıq Qarabağ münaqişəsi mövzusunda iqtidar-müxalifət dialoqunun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, bu təklif AMİP Siyasi Şurasının son toplantısında irəli sürülüb. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv olduğu zaman Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli barədə hakimiyyətlə bərabər 5 müxalifət partiyasının da öhdəlik götürdüyünü xatırladan Ə. Orucov bildirib ki, problemin həlli prosesi hakimiyyətin inhisarında olmamalıdır: “Ən azı prosesdə 5 müxalifət partiyasının da məsuliyyəti var. Düşünürük ki, iqtidarla həmin 5 partiya arasında dialoqun keçirilməsinə ehtiyac var”. Ə. Orucov yaxın günlərdə AMİP, Müsavat, ADP, ALP və AXCP arasında məsələ ilə bağlı məsləhətləşmələr aparılacağını söyləyib. Bundan sonra dialoqun keçirilməsi üçün hakimiyyətə rəsmi müraciət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR