Bank Of Baku

MSK seçki bülletenlərinin DSK-lara çatdırılması prosesini başa çatdırmaq üzrədir

MSK seçki bülletenlərinin DSK-lara çatdırılması prosesini başa çatdırmaq üzrədir
# 04 mart 2009 14:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Martın 18-də keçiriləcək referendumla bağlı seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına (DSK) paylanması prosesi başa çatmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Tofiq Həsənovun APA-ya verdiyi məlumata görə, yalnız Bakı şəhərində yerləşən seçki komissiyalarına seçki bülletenləri verilməyib. MSK üzvü bildirib ki, bülletenlərin paylanması prosesi fevralın 17-dən başlayıb. İlk olaraq xarici ölkələrdə yerləşən seçki məntəqələrinə və ucqar rayonlardakı seçki komissiyalarına bülletenlər göndərilib. T. Həsənov bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə, MSK səsvermə gününə ən azı 5 gün qalmış bülletenləri DSK-lara, DSK-lar isə səsverməyə 3 gün qalmış bülletenləri məntəqə seçki komissiyalarına təhvil verməlidir.

Qeyd edək ki, referendumla bağlı ölkə üzrə seçicilərin ümumi sayından 3 faiz artıq - 4 milyon 949 min 18 bülleten çap olunub. Bülletenlərdə referenduma çıxarılmış Konstitusiyanın 29 maddəsinə nəzərdə tutulan 49 dəyişiklik öz əksini tapıb. Hər bir əlavə və dəyişikliyin qarşısında “hə” və “yox” qrafaları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR