Bank Of Baku

İyulun 1-dən Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” sistemi tətbiq olunacaq

İyulun 1-dən Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” sistemi tətbiq olunacaq
# 04 mart 2009 17:31 (UTC +04:00)
APA-nın məlumatına görə, prezidentin fərmanına uyğun olaraq iyul ayının 1-dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” sistemi tətbiq olunacaq və bu proses Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçiriləcək. Bu məqsədlə DMX-ya əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda yaşamaları, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazənin verilməsi, sənədlərin qəbulu, müvəqqəti və daimi yaşayış üçün icazənin verilməsi, yaşayış yeri üzrə qeydiyyata alınması, müvafiq vəsiqələrin verilməsi və s. vəzifələr həvalə olunub. DMX vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq üçün müraciətlərinə 20 gün ərzində baxmalı və müvafiq qərar qəbul etməlidir.

Fərmana əsasən, Nazirlər Kabineti bir ay müddətində daxili əmək bazarı və işçi qüvvəsi nəzərə alınmaqla, iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarını, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən giriş və çıxış vizalarının ləğv ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir. Elektron qaydada sənədlərin qəbulu sistemi yaradılmalı, müvafiq normativ hüquqi aktlar bu fərmana uyğunlaşdırmalıdır.

Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsində DMX ilə birgə fəaliyyət göstərməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR