Bank Of Baku

Müxalifət Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb

Müxalifət Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb
# 05 mart 2009 13:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qrupları Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı Səbayel rayon Məhkəməsinə müraciət edib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, iddia ərizəsində BŞİH-nin qeyri-qanuni qərar qəbul etdiyi bildirilib və bu barədə qətnamə çıxarılması xahiş olunub. A. Hacılının sözlərinə görə, sözügedən təşviqat qrupları iki dəfə – fevralın 22 və martın 1-nə şəhərin 8 meydanında aksiya keçirmək üçün şəhər rəhbərliyinə müraciət etsələr də, onların təyin etdiyi yerdə mitinqin keçirilməsi qadağan olunub. A. Hacılı yalnız fevralın 22-nə təyin olunmuş aksiya ilə bağlı iddia qaldırıldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR