Bank Of Baku

Azərbaycan Milli Məclisində Məhəmməd Əmin Rəsulzadənin xatirəsi yad edilib

Azərbaycan Milli Məclisində Məhəmməd Əmin Rəsulzadənin xatirəsi yad edilib
# 06 mart 2009 09:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, millət vəkili Pənah Hüseyn cari məsələlərin müzakirəsi zamanı söz alaraq bu gün M. Ə. Rəsulzadənin vəfatının ildönümü olduğunu bildirib, MM üzvlərini onun xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə çağırıb. Təklifi qəbul olunub, spiker Oqtay Əsədov və MM üzvləri M. Ə. Rəsulzadənin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Lakin deputatlardan Musa Quliyev və Vidadi Məmmədov ayağa qalxmayıblar.

Qeyd edək ki, M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib. O, Ankaranın “Əsri” məzarlığında dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR