Bank Of Baku

Gəncədə “Seçki prosesinə müdaxilələrin qarşısının alınmasına dair məlumat sessiyaları” mövzusunda seminar keçirilib

Gəncədə “Seçki prosesinə müdaxilələrin qarşısının alınmasına dair məlumat sessiyaları” mövzusunda seminar keçirilib
# 06 mart 2009 12:23 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. “Azərbaycan Konstitusiyasına dəyişikliklərin demokratik əsaslarda həyata keçirilməsinə çox maraqlıyıq”. APA-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsini icra edən Aleksis Şaxtahtiniski Gəncədə “Seçki prosesinə müdaxilələrin qarşısının alınmasına dair məlumat sessiyaları” mövzusunda keçirilən seminarda bəyan edib. Sessiyada 28 şəhər və rayonların icra hakimiyyətlərinin başçıları, eyni zamanda 44 DSK sədri seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair seçki qanunvericiliyinin tələbləri barədə məlumatlandırılıb. Bundan başqa tədbir iştirakçılarına ATƏT-in demokratik seçkilərə dair öhdəlikləri, məhz hansı halların seçkiyə müdaxilə kimi qiymətləndirilməsinə dair praktiki nümunələr paylanıb. Aleksis Şahtaxtinski APA-nın yerli bürosuna bildirib ki, icra hakimiyyətlərinin nümayəndələri referendum prosesinə heç cür müdaxilə etməməlidir: “Seçkidə iştirak edən vətəndaşların seçiminə təsir göstərməməlidir. Ümidvaram ki, referendum demokratik keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR