Bank Of Baku

Lalə Abbasova Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupundan çıxarılıb, Asim Mollazadə qrupa daxil edilib

Lalə Abbasova Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupundan çıxarılıb, Asim Mollazadə qrupa daxil edilib
# 06 mart 2009 14:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında parlamentlərarası əlaqələr üzrə yeni Dostluq Qrupu yaradılıb. APA-nın xəbərinə görə, MM-in İrlandiya parlamenti ilə əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə Azərbaycan-İrlandiya Parlamentlərarası Dostluq Qrupu formalaşdırılıb. Millət vəkili Rəfael Cəbrayılov qrupun sədri seçilib.

İclasda eyni zamanda deputat Lalə Abbasovanın Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupundan çıxarılması və millət vəkili Asim Mollazadənin həmin qrupa daxil edilməsi ilə bağlı məsələyə baxılıb. MM bu məsələni təsdiqləyib.

Qeyd edək ki, Lalə Abbasova İsrailin Fələstində keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupundan çıxdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR