Bank Of Baku

Qənirə Paşayeva: “Azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır”

Qənirə Paşayeva: “Azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır”
# 06 mart 2009 16:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Azərbaycanlıların Ermənistandan deportasiya olunması ilə bağlı məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır”. APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin bugünkü iclasında çıxışında deyib. O bildirib ki, azərbaycanlıların Ermənistandan deportasiya olunmasından 60 il ötür və bu münasibətlə ölkədə bir sıra tədbirlər keçirilməlidir: “1948 və 1953-cü illərdə Ermənistandan deportasiya olunan azərbaycanlılarla bağlı millət vəkillərinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş tədbirlər təşkil olunmalıdır. Soydaşlarımızın öz torpaqlarına qayıtmaq hüququ tanınmalıdır. Dünyanın bir çox ölkəsindən deportasiya olunan müxtəlif xalqların və millətlərin nümayəndələri öz hüquqlarını bərpa ediblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR