Bank Of Baku

“Yeni Azərbaycan” təşviqat qrupu Azərbaycanın müxtəlif bölgələrində mindən artıq görüş keçirib

“Yeni Azərbaycan” təşviqat qrupu Azərbaycanın müxtəlif bölgələrində mindən artıq görüş keçirib
# 07 mart 2009 11:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində “Yeni Azərbaycan” təşviqat qrupu Azərbaycanın müxtəlif bölgələrində mindən artıq görüş keçirib. Bu barədə APA-ya qrupun səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov məlumat verib. Onun sözlərinə görə, aparılan təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə təşkil olunub və seçicilərin əksəriyyətini əhatə edib. Ə. Əhmədovun sözlərinə görə, Təşviqat qrupunun apardığı kampaniyada Azərbaycan ziyalıları, millət vəkilləri, ictimai xadimlər iştirak ediblər: “Ümumi dəyərləndirmə budur ki, bütün görüşlər böyük maraqla keçib. Seçicilər referenduma çıxarılan əlavə və dəyişiklikləri dəstəkləyirlər. Ona görə də biz düşünürük ki, insanlar səsvermədə yüksək fəallıq göstərəcəklər və əlavə və dəyişiklikləri dəstəkləyəcəklər”.

“Yeni Azərbaycan” Təşviqat qrupunun kampaniya çərçivəsində kütləvi aksiyalar keçirməməsinin səbəblərinə gəldikdə, Ə. Əhmədov bildirib ki, buna ehtiyac olmayıb: “Referenduma 29 maddə ilə bağlı 41 əlavə və dəyişiklik təklif olunub. Biz uzun müzakirələr apardıq və qərara gəldik ki, təşviqatın əsas fəlsəfəsini referenduma çıxarılan məsələlərin mahiyyətinin izahı təşkil etməlidir. Vətəndaşlar bununla bağlı informasiyalara malikdirlər, amma bir daha maarifləndirmə işi aparmaq üçün daha çox görüşlər keçirilməli, canlı ünsiyyətin yaradılmalıdır. Kütləvi aksiyalar vasitəsi ilə belə maarifləndirmə işi aparmaq mümkün deyil. Ona görə də biz əsas gücü insanlarla görüşlərə verdik. Bu taktika daha yaxşı nəticə verib və ona görə də mitinq keçirməyə zərurət yox idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR