Bank Of Baku

YAP-ın icra katibi Əli Əhmədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

YAP-ın icra katibi Əli Əhmədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
# 10 mart 2009 13:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bu gün Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Xayçjou ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ə. Əhmədovla görüşən səfir ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əlaqələrin daha da yaxınlaşması və inkişafında prezident İlham Əliyevin ÇXR-ə səfərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Çjan Xayçjou Azərbaycanla Çin arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
YAP-ın Çin Kommunist Partiyası ilə əlaqələrinin inkişafını daim diqqətdə saxladığını qeyd edən Ə. Əhmədov Azərbaycanın çox mühüm siyasi kampaniya ərəfəsində olduğunu bildirib referenduma hazırlıqla əlaqədar görülən işlər barədə qısa məlumat verib, ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin və təşəbbüslərin bundan sonra da reallaşacağına tam əminliyini qeyd edib.
Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR