Bank Of Baku

MSK-da referendumla bağlı müşahidəçilərin qeydiyyatı başa çatıb

MSK-da referendumla bağlı müşahidəçilərin qeydiyyatı başa çatıb
# 10 mart 2009 13:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) müşahidəçilərin qeydiyyatı başa çatıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumda 2149 müşahidəçi qeydə alınıb. Onların hamısı müşahidəçilik vəsiqəsi ilə təmin olunub. Müşahidəçilər 23 QHT-ni, 5 Təşviqat qrupunu, 1 partiyanı təmsil edir.
Dairə Seçki Komissiyalarında isə müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalana kimi davam edəcək.
Qeyd edək ki, MSK-da qeydiyyatdan keçən müşahidəçilər istənilən seçki dairəsinin ərazisində səsvermə prosesini izləmək hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR