Bank Of Baku

Şirvanda seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair məlumat sessiyası keçirilib - FOTO

Şirvanda seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair məlumat sessiyası keçirilib - <font color=red>FOTO</font>
# 10 mart 2009 13:59 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Bu gün Şirvan şəhərində ATƏT-in Bakı ofisi, Mərkəzi Seçki Komissiyası və Prezident Aparatının təşkilatçılığı ilə 17 şəhər və rayonun icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün seçki prosesinə müdaxilə hallarına dair məlumat sessiyası keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, sessiyada çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsini icra edən Aleksis Şahtaxtinski qanunvericiliyin seçki prosesinə müdaxilənin qarşısının alınması ilə bağlı tələbləri barədə iştirakçıları məlumatlandırıb. O, ATƏT-in demokratik seçkilərə dair öhdəlikləri kontekstində məhz hansı halların seçkiyə müdaxilə kimi qiymətləndirildiyinə dair praktik nümunələr də sadalayıb: “Bizim başlıca məqsədimiz azad və şəffaf seçkilərin əsas prinsiplərini vurğulamaqdır”.

Tədbirdə MSK-nın katibi Natiq Məmmədov, Prezidentin İcra Aparatının məsul işçiləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR