Bank Of Baku

AMİP bir neçə ay siyasi fəaliyyətlə məşğul olmayacaq

AMİP bir neçə ay siyasi fəaliyyətlə məşğul olmayacaq
# 11 mart 2009 12:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) yaxın bir neçə ay ərzində siyasi fəaliyyətlə məşğul olmayacaq. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AMİP Siyasi Şurasının son toplantısında bütün diqqətin ölkədəki sosial-iqtisadi vəziyyətə, bu sahədə olan problemlərin həllinə yönəlməsi barədə qərar qəbul olunub. Dünyadakı maliyyə böhranını Azərbaycana da təsir etdiyini bildirən AMİP rəhbərliyi hakimiyyətin bu problemləri gizlətdiyini və gözlənilən təhlükələrdən qorunmaq üçün heç bir tədbirlərin görülmədiyini bildirib. AMİP əhalinin diqqətinin ölkədəki sosial-iqtisadi problemlərə yönəltməklə bu sahədə olan problemlərin həllinə çalışmaq niyyətindədir: “Bu gün dünyada bütün məhsulların, xüsusilə də neft məhsullarının qiyməti düşüb. Amma Azərbaycanda bir neçə il əvvəl artırılan qiymətlər hələ də yüksəkdir. Digər tərəfdən maliyyə böhranı ilə bağlı bir sıra iş yerləri bağlanır və ölkədə işsizlik kütləvi hal ala bilər”. AMİP sosial-iqtisadi problemlərin həlli ilə bağlı birgə addımların atılması üçün digər siyasi partiyalarla da məsləhətləşmələr aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR