Bank Of Baku

MSK sədri: “Martın 18-də keçiriləcək referendumda yetərsayın olmaması gözlənilmir”

MSK sədri: “Martın 18-də keçiriləcək referendumda yetərsayın olmaması gözlənilmir”
# 12 mart 2009 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Martın 18-də keçiriləcək referendumda yetərsayın olmaması gözlənilmir. İndiyə qədər Azərbaycanda keçirilən seçkilərdə və referendumda əhali yüksək fəallıqla iştirak edib. Ona görə də referenduma 25 faizdən az seçicinin gəlməsi ehtimalı yoxdur”.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, komissiya əhalinin referenduma dəvət edilməsi ilə bağlı maarifləndirmə işləri aparıb, əhalinin referenduma marağı yüksəkdir.
Müxalifətin boykot çağırışlarına münasibət bildirən M. Pənahov deyib ki, əslində burada qeyri-adi bir şey yoxdur: “Elə demokratiyanın da əsas prinsipi budur ki, belə fərqli fikirlər səslənsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR