Bank Of Baku

AMİP siyasi fəaliyyətini dayandırmadığını bəyan edib

AMİP siyasi fəaliyyətini dayandırmadığını bəyan edib
# 12 mart 2009 16:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Milli İstiqlal Partiyası ölkədəki ictimai-siyasi proseslərdə bundan sonra da aktiv iştirak etmək niyyətindədir və siyasi fəaliyyətini dayandırmayıb”. Bu bəyanat APA-ya partiyanın mətbuat xidmətindən daxil olub. Bəyanatda AMİP-in bağlanması, siyasi fəaliyyətdən imtina etməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı qeyd edilir. Açıqlamada bildirilir ki, AMİP üçün yaxın müddət ərzində prioritet məsələlərdən biri ölkədəki mövcud sosial-iqtisadi problemlərin həlli, ümumdünya maliyyə böhranının Azərbaycana təsirindən doğa biləcək gərginliyin yaranmasını, sabitliyin pozulmasını əngəlləmək istiqamətində fəaliyyətin genişləndirilməsidir: “Amma AMİP rəhbərliyinin bu qərarı partiyanın siyasi fəaliyyətini dayandırması kimi anlaşılıb. Partiyanın indiki məqamda ölkədəki iqtisadi və sosial problemlərə xüsusi diqqət yetirməsi və bu problemlərin həlli istiqamətində fəaliyyətini gücləndirməsi onun siyasi fəaliyyətini dayandırması deyil. Əslində sosial-iqtisadi fəaliyyətin özü də siyasi proses hesab olunur. Bu baxımdan heç vaxt siyasi proseslərdən kənarda qalmayan AMİP bundan sonrakı dövrdə də siyasi proseslərdən təcrid olunmaq niyyətində deyil. Azərbaycanda çoxpartiyalı siyasi sistemin əsasın qoyan, ilk qeydiyyatdan keçən AMİP fəaliyyətdədir və ölkənin aparıcı təşkilatlarından biri kimi həmişə ictimai-siyasi proseslərin mərkəzində olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR