Bank Of Baku

Azərbaycan prezidenti Daxili Qoşunların hərbi qulluqçularını təltif edib

Azərbaycan prezidenti Daxili Qoşunların hərbi qulluqçularını təltif edib
# 12 mart 2009 17:03 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə görə, leytenant Hüseynov İlham Tofiq oğlu (ölümündən sonra) və çavuş Yolçuyev Əli Kərim oğlu “İgidliyə görə” medalı, tibb xidməti polkovniki Əliyev Elçin Vəli oğlu, polkovnik İsmayılov İlham İsmayıl oğlu, polkovnik Qurbanov Cəbrayıl Qurban oğlu, polkovnik-leytenant Abdurəhmanov Salman Nəriman oğlu, polkovnik-leytenant Budaqov Məftun Məmməd oğlu, polkovnik-leytenant Salehov Səftər Sabir oğlu, mayor Xasayev Sədrəddin Məmməd oğlu, baş leytenant Mahmudov Zahid Alı oğlu (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR