Bank Of Baku

AVCİYA “exit-poll” keçirmək üçün 1600 intervüyer hazırlayıb

AVCİYA  “exit-poll” keçirmək üçün 1600 intervüyer hazırlayıb
# 13 mart 2009 10:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətini İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə martın 18-də keçiriləcək referendumda “exit-poll” keçirmək üçün 1600 intervüyer hazırlayıb. APA-nın məlumatına görə, bu barədə AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib. Onun sözlərinə görə, referendum günü adıçəkilən təşkilatlar 118 seçki dairəsində 800 seçki məntəqəsində “exit-poll” keçirəcəklər. Məntəqələrin seçiminin xüsusi proqrama əsasən aparıldığını deyən M. Zülfüqarlı bildirib ki, keçiriləcək sorğunun məxfiliyi təmin ediləcək. “Exit-poll”un nəticələri gün ərzində 4 dəfə açıqlanacaq. M. Zülfüqarlı artıq sorğu anketlərinin hazırlandığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR