Bank Of Baku

MTN-nin “N” hərbi hissəsində Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağının təqdim edilməsi mərasimi olub

MTN-nin “N” hərbi hissəsində Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağının təqdim edilməsi mərasimi olub
# 14 mart 2009 18:32 (UTC +04:00)
Bakı-APA. Bu gün Milli Təhlükəsizlik Nazirliyinin “N” hərbi hissəsində Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağının təqdim edilməsi mərasimi olub. APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak edib.

Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyevin abidəsinin açılış mərasimi keçirilib. Daha sonra prezident hərbi hissə ilə tanış olub, buradakı fotoguşəyə baxıb.

Daha sonra hərbi hissəyə döyüş bayrağının təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev əsgərləri salamlayandan sonra Milli Təhlükəsizlik Nazirliyinin “N” hərbi hissəsinin döyüş bayrağı haqqında Azərbaycan prezidentinin sərəncamı oxunub və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi hissəyə döyüş bayrağını təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR