Bank Of Baku

Mehriban Əliyeva: “Azərbaycan Milli Məclisinin amnistiya qərarı humanizm prinsiplərinə xidmət edir”

Mehriban Əliyeva: “Azərbaycan Milli Məclisinin amnistiya qərarı humanizm prinsiplərinə xidmət edir”
# 17 mart 2009 09:55 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının sədri Əli Hüseynov parlamentdə layihənin təqdimatı zamanı bildirib. Ə. Hüseynov deyib ki, Amnistiya Aktı nəticəsində 1700 məhbus azadlığa çıxacaq. Bu da ümumi məhkumların 12 faizi deməkdir. Onun sözlərinə görə, 1200 məhkumun isə cəzası azaldılacaq. Qərardan sonra Azərbaycanda hər yüz min nəfərə 190 məhkum düşəcək. Komissiya sədrinin sözlərinə görə, bu, MDB üzrə birinci göstərici, Şərqi Avropa ölkələri üzrə isə eynidir.

Amnistiya Aktının təşəbbüskarı, millət vəkili Mehriban Əliyeva isə çıxışında bildirib ki, Milli Məclisin amnistiya barədə qərar qəbul etməsi humanizm prinsiplərinə xidmət edir. M. Əliyeva bu siyasətin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək bildirib ki, Amnistiya Aktı azadlığa çıxacaq məhkumlara doğru yola qayıtmağa imkan verəcək. Millət vəkili MM üzvlərini və Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR