Bank Of Baku

Milli Məclis “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişiklikləri qəbul edib

Milli Məclis “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişiklikləri qəbul edib
# 17 mart 2009 11:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bugünkü iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilən “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə məsələyə baxılıb. APA-nın məlumatına görə, komissiyanın sədri Arif Rəhimzadə bildirib ki, Bərdə rayonu ərazisində “Canavarlı” yer adının dəyişdirilməsi ilə əlaqədar olaraq bələdiyyələrin siyahısında həmin kəndin və bələdiyyənin adının müvafiq qaydada “Seyid Yusifli kəndi” və “Seyid Yusifli bələdiyyəsi” sözləri ilə əvəz olunması təklif edilir. Məsələ müzakirəsiz qəbul edilib. İclasda, həmçinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna təklif olunan dəyişiklikləri və əlavələr də qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR