Bank Of Baku

Ombudsman ATƏT-in nümayəndələrini qəbul edib

Ombudsman ATƏT-in nümayəndələrini qəbul edib
# 17 mart 2009 16:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT-in nümayəndələri Julian Pil Yeyts və Rumen Maleyevi qəbul edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüşdə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı məsələ müzakirə olunub. Ombudsman Azərbaycanda seçkilərin, o cümlədən referendumun demokratik və şəffaf keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldığını, seçki qanunvericiliyinin daha da təkmilləşdirildiyini deyib. Seçicilərin daha fəal, mütəşəkkil iştirakının təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi ilə birgə vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunması istiqamətində iş aparıldığını söyləyən E. Süleymanova vətəndaşların seçki fəallığının dəstəklənməsi üçün ombudsman təsisatında hüquqi nəşrlərin hazırlandığını bildirib.

ATƏT-in nümayəndələri isə təmsil etdikləri beynəlxalq təşkilatın ümumxalq səsverməsinin azad, demokratik keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR