Bank Of Baku

Çanaqqala şəhidləri Bakıda anılıb

Çanaqqala şəhidləri Bakıda anılıb
# 18 mart 2009 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakıda Çanaqqala şəhidlərinin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyi və hərbi attaşeliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycandakı ictimai-siyasi təşkilatların nümayəndələri, ölkədə fəaliyyət göstərən türkiyəli iş adamları iştirak edib. İştirakçılar əvvəlcə Bakıdakı Türk Şəhidliyi və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyində Şəhidlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Türkiyənin 1-ci Dünya müharibəsində iştirakı və Çanaqqala döyüşü barədə məlumat verilib. Qeyd olunub ki, Çanaqqalada türk əsgərlərinin müttəfiq qoşunlara göstərdiyi inadlı müqavimət dünyada dəyişikliklərə yol açıb. Türk xalqı bu döyüşdə yüz minlərlə şəhid verərək torpaqlarını və müstəqilliyini qorumağa nail olub.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında 18 martın Şəhidlər Günü kimi həm Türkiyədə, həm də ölkədən kənarda xatırlandığını və anma mərasimlərinin keçirildiyini vurğulayıb. Səfir Çanaqqala döyüşünü dünya hərb tarixinin ən böyük savaşlarından biri kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR