Bank Of Baku

Rusiyalı politoloq: “Azərbaycan prezident seçilmək limitini ləğv edən ilk ölkə deyil”

Rusiyalı politoloq: “Azərbaycan prezident seçilmək limitini ləğv edən ilk ölkə deyil”
# 19 mart 2009 13:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycanda keçirilən referendumun nəticələri ölkə əhalisinin hazırkı hakimiyyətin siyasətinə etimad rəyidir”. APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Postsovet Məkanı Araşdırma Mərkəzinin baş direktoru Aleksey Vlasov “Azərbaycanda keçirilmiş referendumun ilkin nəticələri: iki paytaxtdan olan baxışlar” adlı videkörpüdə çıxışında deyib. Azərbaycanın prezident seçilmək limitini ləğv edən ilk ölkə olmadığını xatırladan politoloq Qazaxıstanda da bu qadağanın götürüldüyünü söyləyib: “Bu tendensiya daha çox inkişaf etmiş regional ölkələrin inkişafı ilə bağlıdır”. Ekspertin fikrincə, bu, həm də dünyada baş verən iqtisadi böhran və Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlıdır: “Rəsmi Bakı hakimiyyətin bütün rıçaqlarını maksimum şəkildə əlində cəmləşdirmək istəyir”.
Azərbaycanlı politoloq Rəşad Rzaquliyev isə bildirib ki, referenduma əlavə və dəyişikliklər ölkənin sabitliyi və inkişafına xidmət edir. Videokörpüdə çıxış edən Azərbaycanın Moskvadakı səfirliyinin müşaviri Ağalar Atamoğlanov səfirlikdə yaradılmış seçki məntəqəsində keçirilən səsvermədə konsulluqda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 85 faizinin iştirak etdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR