Bank Of Baku

Ombudsman Elmira Süleymanova telejurnalist Elxan Mirzəyevin işdən çıxarılması ilə bağlı rusiyalı həmkarına məktub göndərib

Ombudsman Elmira Süleymanova telejurnalist Elxan Mirzəyevin işdən çıxarılması ilə bağlı rusiyalı həmkarına məktub göndərib
# 19 mart 2009 14:57 (UTC +04:00)
Bakı-APA. Ombudsman Elmira Süleymanova Rusiyanın “Birinci kanal” telekanalının əməkdaşı, soydaşımız Elxan Mirzəyevin işdən qanunsuz olaraq çıxarılması, onun əmək hüquqlarının pozulmasına etiraz əlaməti olaraq həmkarı ilə birlikdə aclıq aksiyasına başlaması ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Lukinə məktubla müraciət edib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. E. Süleymanova rusiyalı həmkarından öz səlahiyyətləri çərçivəsində məsələnin obyektiv araşdırılmasını və soydaşımızın pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar tədbirlər görülməsini xahiş edib. Məktubda bildirilir ki, ombudsman Lukinin bu məsələyə müdaxiləsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin dövlət təminatının gücləndirilməsinə yönəlmiş “Azərbaycan Respublikasının Ombudsmanı ilə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili arasında əməkdaşlıq haqqında Saziş“in şərtlərinin həyata keçirilməsinin daha bir təzahürü olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR