Bank Of Baku

Azərbaycanın millət vəkilləri Almaniyaya səfərə gedəcəklər

Azərbaycanın millət vəkilləri Almaniyaya səfərə gedəcəklər
# 19 mart 2009 14:57 (UTC +04:00)
Bakı Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin üzvləri Fəttah Heydərov, Rövşən Rzayev, Əhməd Vəliyev, Nizami İsgəndərov, Çingiz Əsədullayev, Fuad Muradov və Fazil Mustafayev Almaniya-Cənubi Qafqaz Dostluq Qrupu sədrinin dəvəti ilə martın 23-dən 28-dək Almaniyanın Potsdam və Berlin şəhərlərində səfərdə olacaqlar. Bu barədə APA-ya parlamentin mətbuat xidmətindən bildirilib. Məlumata görə, nümayəndə heyəti Bundestaqda, Almaniya Parlament Cəmiyyətində, Sənaye və Ticarət Palatası Birliyində, ölkəmizin Almaniyadakı səfirliyində və bir sıra fondlarda, tədqiqat institutlarında görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafı istiqamətində fikir mübadiləsi aparacaqlar. Səfər çərçivəsində deputatlar Berlində yaşayan Azərbaycan diasporasının nümayəndələri ilə də görüşəcək, “Bakı-Berlin” qalereyasında olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR