Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik edib
# 19 mart 2009 15:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişinin əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edildiyini bildirən dövlət başçısı gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayramın insanları daim birliyə, sülhə və əmin-amanlığa səslədiyini vurğulayıb: “Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır. Milli təfəkkürümüzün və mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü sayılan Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi bayramı olaraq müstəqil respublikamızın hər bir guşəsində kütləvi şənliklərlə qeyd edilir. Yaz bayramının insanlarımızda qurub-yaratmaq əzmini artıran yeniləşdirici ovqatı ölkəmizin dinamik inkişafla əlamətdar həyatında son illər ən müxtəlif sahələrdə ürəkaçan nailiyyətlərlə, paytaxtda və bölgələrdə geniş miqyasda aparılan quruculuq-abadlıq işləri ilə ümumi ahəng təşkil edir. Builki Novruz bayramı özünün yeni dövrünü yaşayan Azərbaycan muğamının da bayramıdır və Beynəlxalq Muğam Festivalının keçirilməsi ilə əlamətdardır”.

Prezident İ. Əliyev Vətənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsinin bu əziz gündə ehtiramla yad olunduğunu qeyd edib. Bahar bayramının ölkənin hüdudlarından uzaqlarda da böyük sevinclə qarşıladıqlarını bildirən dövlət başçısı milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu el bayramının azərbaycançılıq məfkurəsi ətrafında onların müqəddəs Vətənə bağlılıq duyğularını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib: “Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Novruz bayramınız mübarək olsun!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR